İlham Əliyev fransızlarla görüşdü

ilham-eliyev-fransizlarla-gorusdu
Oxunma sayı: 646

Nümayəndə heyətinə senatorlar xanım Silvi Qo-Şavan, Jah-Mari Bokel, Erve More, Andre Rexar və Cani Lorju daxildir. Dövlət başçısı Fransa Senatında qondarma "erməni soyqırımı"nın inkar edilməsinə görə cəza nəzərdə tutan qanunun müzakirəsi zamanı tutduqları ədalətli mövqeyə görə xanım Natali Quleyə və digər senatorlara təşəkkürünü bildirib.

Prezident İlham Əliyev Fransa Senatında müzakirə olunan bu qanunu tarixi təhrif edən, demokratiyaya, söz azadlığına zidd olan, yalan və saxta məlumatlara əsaslanan təşəbbüs kimi dəyərləndirərək onun qüvvəyə minməyəcəyinə ümidvar olduğunu bildirib.

Xanım Natali Qule özünün və ölkəmizə səfər edən senatorların Azərbaycan ilə əlaqələrin genişləndirilməsində səylərini əsirgəməyəcəyini vurğulayıb və Bakıda keçirdikləri görüşlər zamanı bu istiqamətdə Azərbaycan ictimaiyyətinə ətraflı məlumatlar verəcəklərini deyib.