İlham Əliyev Günter Ottingeri qəbul edib

ilham-eliyev-gunter-ottingeri-qebul-edib
Oxunma sayı: 633

“Qafqazinfo” xəbər verir ki, AB-nin enerji məsələləri üzrə komissarı Günter Ottinger Avropa Komissiyasının sədri Xose Manuel Barrozunun salamlarını dövlətimizin başçısına çatdırdı.

AB Şurasının prezidenti Herman Van Rompuyun ölkəmizə səfərini xatırladan dövlətimizin başçısı Azərbaycan ilə AB arasında əlaqələrin müxtəlif səviyyələrdə inkişafından məmnunluğunu ifadə etdi.
Görüşdə Azərbaycanın AB ilə enerji sahəsində əməkdaşlığı, “Cənub” dəhlizi və ölkəmiz ilə AB arasında qarşılıqlı faydalı əlaqələrin daha da genişləndirilməsi məsələləri ətrafında fikir mübadiləsi aparıldı.
Prezident İlham Əliyev Xose Manuel Barrozunun salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını Avropa Komissiyasının sədrinə çatdırmağı xahiş etdi.