İlham Əliyev Gürcüstanda da açılış etdi- - Yenilənib

ilham-eliyev-gurcustanda-da-acilis-etdi-
Oxunma sayı: 4285

Prezident İlham Əliyev Gürcüstana işgüzar səfəri çərçivəsində Tbilisidə Azərbaycan Respublikasının Gürcüstandakı Səfirlik kompleksi ilə tanış olub.

Trend-in xəbərinə görə, dövlət başçısına məlumat verilib ki, Gürcüstan Prezidentinin 349 saylı 29 may 2008-ci il tarixli əmri ilə Azərbaycan Respublikası və Gürcüstan arasında əməkdaşlığa yardım üzrə bir sıra tədbirlər çərçivəsində Tbilisi şəhəri, V.Qorqasali küçəsi, 4 ünvanında ümumi sahəsi 5722 kvadrat metr olan ərazi Azərbaycan Respublikasının Gürcüstanda Səfirlik kompleksinin tikintisi üçün ayrılıb.

Səfirlik kompleksinin inzibati binasında Heydər Əliyev zalı, qonaq qəbulu otaqları, konfrans zalı, iclas və iş otaqları yerləşir. Heydər Əliyev zalında ulu öndərin şərəfli həyat və fəaliyyətindən bəhs edən şəkillər və kitablar toplanıb. Burada Azərbaycan Respublikasının dövlət bayramları və əlamətdar günlərlə bağlı müxtəlif tədbirlər keçirilir.

Səfirliyin inzibati binasının giriş zalında ulu öndər Heydər Əliyevin büstü qoyulub.

***

Prezident İlham Əliyev Gürcüstana işgüzar səfəri çərçivəsində Tbilisidə "SOCAR-Georgia" şirkətinin inzibati binası ilə tanış olub.

Trend xəbər verir ki, 2012-ci ilin 19 sentyabr tarixində ARDNŞ-nin Gürcüstandakı mərkəzi ofisinin təntənəli açılış mərasimi baş tutub. Mərkəzi ofisin binası ARDNŞ-nin Azərbaycandan kənarda yerləşən ən böyük inzibati binası olub özündə şirkətin Gürcüstan Nümayəndəliyi, "SOCAR Energy Georgia" MMC başda olmaqla, SOCAR-a tabe törəmə şirkətləri cəmləşdirir.

ARDNŞ-nin Gürcüstan Nümayəndəliyinin inzibati binasının tikintisi məqsədilə ARDNŞ-nin Gürcüstan Nümayəndəliyi 2006-cı ildə Tbilisi şəhərinin 300 Araqveli küçəsi, 24 ünvanında yerləşən binanı və ona bitişik 4178 kvadrat metr sahəni birbaşa satış yolu ilə Gürcüstan İqtisadi İnkişaf Nazirliyindən alıb.

Bakıda İçərişəhərdə yerləşən Qız Qalasını xatırladan yeni ofisin layihəsi "Kobulia brother and Partners" arxitektura firması tərəfindən hazırlanıb. Binanın layihələndirmə və inşaatı işlərinə 2009-cu ildə başlanılıb və 2012-ci ildə tamamlanıb. Binanın ümumi sahəsi 17 600 kvadrat metr təşkil edir. Binanın layihələndirmə və inşaatına 1000 nəfərdən çox mütəxəssis cəlb olunub.

***

Prezident İlham Əliyev Gürcüstana işgüzar səfəri çərçivəsində Tbilisidə Mirzə Fətəli Axundov adına Azərbaycan Mədəniyyəti Muzeyi ilə tanış olub.

***

Azərbaycan Prezidenti İlham Əliyev Gürcüstana işgüzar səfəri çərçivəsində Tbilisidə mərhum prezident Heydər Əliyev adına mədəniyyət və istirahət parkında olub. Dövlət başçısı H. Əliyevin abidəsini ziyarət edərək önünə gül dəstəsi qoyub.