İlham Əliyev həmkarını təbrik edib

ilham-eliyev-hemkarini-tebrik-edib
Oxunma sayı: 639


“Qafqazinfo” xəbər verir ki, təbrik məktubunda deyilir:

"Hörmətli cənab Prezident,

Yunanıstan Respublikasının milli bayramı - Müstəqillik günü münasibətilə Sizi və bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.

İnanıram ki, Azərbaycan ilə Yunanıstan arasındakı dostluq əlaqələrinin genişlənməsi, qarşılıqlı maraq doğuran əməkdaşlığımızın inkişafı yolunda addımlarımız bundan sonra da xalqlarımızın mənafelərinə xidmət edəcəkdir.

Bu əlamətdar gündə Sizə ən xoş arzularımı yetirir, dost Yunanıstan xalqına daim əmin-amanlıq və firavanlıq diləyirəm"