İlham Əliyev həmkarını təbrik etdi

İlham Əliyev həmkarını təbrik etdi
Oxunma sayı: 1352

Azərbaycan prezidenti İlham Əliyev Bolqarıstan prezidenti Rumen Radevə təbrik məktubu göndərib.

“Qafqazinfo” xəbər verir ki, dövlət başçısının məktubunda aşağıdakılar qeyd edilib:

“Hörmətli cənab Prezident, Bolqarıstan Respublikasının milli bayramı münasibətilə Sizi və bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm. İnanıram ki, Azərbaycan ilə Bolqarıstan arasındakı ənənəvi dostluq münasibətləri, qarşılıqlı maraq doğuran əməkdaşlığımız xalqlarımızın mənafelərinə uyğun olaraq bundan sonra da ardıcıl şəkildə inkişaf edəcək və genişlənəcək. Bu xoş gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Bolqarıstan xalqına daim sülh və firavanlıq diləyirəm”.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi