İlham Əliyev həmkarını təbrik etdi

ilham-eliyev-hemkarini-tebrik-etdi
Oxunma sayı: 740

Prezident İlham Əliyev Burkina-Fasonun prezidenti  Rok Mark Kristian Kaboreyə təbrik məktubu ünvanlayıb.

“Qafqazinfo”nun məlumatına görə, təbrikdə deyilir:

“Hörmətli cənab Prezident,

Burkina-Fasonun milli bayramı – Müstəqillik Günü münasibətilə Sizi və xalqınızı öz adımdan və Azərbaycan xalqı adından təbrik edirəm.

Bu əlamətdar gündə Sizə ən xoş arzularımı yetirir, dost xalqınıza sülh və tərəqqi arzulayıram”.