İlham Əliyev həmkarını təbrik etdi

ilham-eliyev-hemkarini-tebrik-etdi
Oxunma sayı: 788


“Qafqazinfo” xəbər verir ki, dövlət başçısının təbrik məktubunda deyilir: "Hörmətli cənab Prezident, Banqladeşin milli bayramı - Müstəqillik günü münasibətilə Sizi və bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.

İnanıram ki, Azərbaycan-Banqladeş əlaqələri, ölkələrimiz arasındakı dostluq və əməkdaşlıq münasibətləri xalqlarımızın mənafelərinə uyğun olaraq bundan sonra da inkişaf edəcəkdir.

Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, qardaş Banqladeş xalqına daim əmin-amanlıq və firavanlıq diləyirəm".