İlham Əliyev Hindistan prezidentini təbrik etdi

İlham Əliyev Hindistan prezidentini təbrik etdi
Oxunma sayı: 539

Prezident İlham Əliyev Hindistan Prezidenti Ram Nat Kovində təbrik məktubu göndərib.

“Qafqazinfo”nun məlumatına görə, məktubda deyilir:

“Ölkənizin milli bayramı- Respublika Günü münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.

Azərbaycan-Hindistan əlaqələrinin dərin tarixi kökləri və xoş ənənələri mövcuddur. İnanıram ki, ölkələrimiz arasında bu ənənələrə əsaslanan dostluq və əməkdaşlıq münasibətlərinin inkişafı və möhkəmləndirilməsi bundan sonra da xalqlarımızın mənafelərinə xidmət edəcəkdir.

Belə bir əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Hindistan xalqına daim sülh və rifah diləyirəm”.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi