İlham Əliyev İsveçrə prezidenti ilə bir arada - Fotolar

İlham Əliyev İsveçrə prezidenti ilə bir arada
Oxunma sayı: 1352

Yanvarın 24-də Azərbaycan  Prezidenti İlham Əliyevin Davosda İsveçrə Konfederasiyasının Prezidenti Alain Berset ilə görüşü olub.

“Qafqazinfo” xəbər verir ki, görüşdə Azərbaycan ilə İsveçrə arasında ikitərəfli münasibətlərin siyasi, iqtisadi, enerji və mədəniyyət sahələrində uğurlu inkişafından məmnunluq ifadə olunub.

İsveçrə Prezidenti ölkəsinin Azərbaycana mühüm tərəfdaş kimi yanaşdığını deyib.

Söhbət zamanı Azərbaycanın təşəbbüsü və iştirakı ilə həyata keçirilən qlobal enerji və nəqliyyat layihələrindən danışılıb. Ölkəmizin artıq mühüm nəqliyyat qovşağına çevrildiyi bildirilib, Azərbaycanın Avropanın enerji təhlükəsizliyinin təmin olunmasındakı rolu vurğulanıb. Azərbaycan iqtisadiyyatının şaxələndirilməsi istiqamətində görülən işlərdən, ölkəmizdə qeyri-neft sektorunun inkişafı, həmçinin qarşılıqlı investisiya qoyuluşu, SOCAR şirkətinin İsveçrədəki uğurlu fəaliyyətindən danışılıb.

Görüşdə ölkələrimiz arasında ticarətin həcminin artırılmasının zəruriliyi qeyd olunub, əməkdaşlığın yeni sahələrinin müəyyənləşdirilməsinin vacibliyi vurğulanıb.




Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi