İlham Əliyev İtaliya prezidentinə başsağlığı verdi

ilham-eliyev-italiya-prezidentine-bassagligi-verdi
Oxunma sayı: 1279

Prezident İlham Əliyev İtaliya prezidenti Sercio Mattarellaya başsağlığı məktubu göndərib.

“Qafqazinfo” xəbər verir ki, məktubda aşağıdakılar qeyd edilib:

“Hörmətli cənab Prezident,

Genuya şəhəri yaxınlığında avtomobil körpüsünün uçması nəticəsində insanların həlak olması və itkin düşməsi xəbəri bizi olduqca kədərləndirdi.

Bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, bütün İtaliya xalqına öz adımızdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı veririk”.