İlham Əliyev kamerunlu həmkarına məktub yolladı

ilham-eliyev-kamerunlu-hemkarina-mektub-yolladi
Oxunma sayı: 649

Prezident İlham Əliyev Kamerun Prezidenti Pol Biyaya təbrik məktubu göndərib. 

“Qafqazinfo” xəbər verir ki, məktubda deyilir: 

"Hörmətli cənab Prezident,

Ölkənizin milli bayramı münasibətilə Sizə və xalqınıza ən səmimi təbriklərimizi yetirirəm.

Belə bir əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Kamerun xalqına əmin-amanlıq və tərəqqi arzulayıram".