İlham Əliyev Küveyt əmiri və Nazirlər Kabinetinin sədrini təbrik edib

İlham Əliyev Küveyt əmiri və Nazirlər Kabinetinin sədrini təbrik edib
Oxunma sayı: 512

Prezident İlham Əliyev Küveyt Dövlətinin Əmiri Sabah əl-Əhməd əl-Cabir əs-Sabaha və Küveyt Dövləti Nazirlər Kabinetinin Sədri Cabir əl-Mübarək əl-Həməd əs-Sabaha təbrik məktubu ünvanlayıb.

“Qafqazinfo”nun məlumatına görə, təbrikdə deyilir:

“Küveyt Dövlətinin milli bayramı münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi yetirməkdən məmnunluq duyuram.

İnanıram ki, Azərbaycan ilə Küveyt arasındakı dostluq və əməkdaşlıq münasibətlərinin inkişafı və genişlənməsi bundan sonra da xalqlarımızın mənafelərinə xidmət edəcəkdir.

Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı və xoşbəxtlik, dost Küveyt xalqına daim əmin-amanlıq və firavanlıq arzulayıram”.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi