İlham Əliyev Lənkəranda açılışlar edib - - Fotolar

ilham-eliyev-lenkeranda-acilislar-edib-
Oxunma sayı: 909


"Qafqazinfo"nun AzərTAc-a istinadən verdiyi məlumata görə, ölkə başçısı Lənkəranda mərhum prezident Heydər Əliyevin Xatirə parkındakı abidəsi önünə gül dəstəsi qoyub.

Lənkəran İH başçısı Taleh Qaraşov Heydər Əliyev Xatirə parkında aparılan yenidənqurma işləri barədə prezident İlham Əliyevi məlumatlandıraraq bildirib ki, ümumi sahəsi 27 min 500 kvadratmetr olan parkda tikinti işlərinə 2012-ci ilin sentyabrında başlanılıb və 2013-cü ilin mayında başa çatdırılıb.  

Prezident İlham Əliyev daha sonra Lənkərana səfəri çərçivəsində şəhərə içməli suyun verilməsi mərasimində iştirak edib.
Dövlət başcısı “Lənkəran şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması” layihəsinin baş planını əks etdirən stendlərlə tanış olub. Layihə ilə tanışlıqdan sonra Prezident İlham Əliyev Lənkəran şəhərinə içməli suyun verilməsini bildirən düyməni basıb.

Ölkə başçısı daha sonra Lənkəran-Vilvan-Osaküçə-Türkəncil avtomobil yolunun açılışında iştirak edib.

Prezident  İlham Əliyev Lənkəran Şəhər Mərkəzi Xəstəxanasında aparılan yenidənqurma işləri ilə tanış olub.