İlham Əliyev litvalı həmkarını təbrik etdi

ilham-eliyev-litvali-hemkarini-tebrik-etdi
Oxunma sayı: 711

Prezident İlham Əliyev Litvanın dövlət başçısı Dalya Qribauskayteyə təbrik məktubu göndərib.

“Qafqazinfo”nun məlumatına görə, məktubda deyilir:

“Litva Respublikasının milli bayramı münasibətilə Sizi və xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.

Əminəm ki, Azərbaycan ilə Litva arasındakı dostluq əlaqələrinin möhkəmlənməsi, ikitərəfli səviyyədə və beynəlxalq qurumlar çərçivəsində əməkdaşlığımız bundan sonra da ölkələrimiz və xalqlarımız üçün hər cəhətdən faydalı olacaqdır.

Bu bayram günündə Sizə ən xoş arzularımı yetirir, dost Litva xalqına daim əmin-amanlıq və firavanlıq diləyirəm”.