İlham Əliyev Mark Şnayerlə görüşdü

ilham-eliyev-mark-snayerle-gorusdu
Oxunma sayı: 855

Azərbaycan prezidenti İlham Əliyev ABŞ Etnik Anlaşma Fondunun prezidenti Ravvin Mark Şnayeri qəbul edib.
 
“Qafqazinfo”nun məlumatına görə, söhbət zamanı İlham Əliyevin Nyu-York şəhərində ABŞ Etnik Anlaşma Fondunun prezidenti Ravvin Mark Şnayerlə görüşü məmnunluqla xatırlanıb.
 
Görüşdə Bakıda keçiriləcək “2017-İslam Həmrəyliyi İli: Dinlər və mədəniyyətlərarası dialoq” beynəlxalq konfransının müxtəlif xalqların və millətlərin bir-birinə daha da yaxınlaşması və əməkdaşlıq əlaqələrinin genişləndirilməsi baxımından əhəmiyyəti vurğulandı, Azərbaycanda multikulturalizmin dövlət siyasətinin prioritet sahələrindən biri olduğu bildirilib, bütün dinlərin və mədəniyyətlərin nümayəndələrinin, o cümlədən yəhudi icmasının ölkəmizdə dostluq şəraitində birgə yaşadığı məmnunluqla qeyd edilib.
 
Görüşdə, həmçinin Azərbaycan ilə ABŞ arasında ikitərəfli münasibətlərin uğurla inkişaf etdiyi vurğulanıb.