İlham Əliyev məscidin tikinti işləri ilə tanış olub - Foto

ilham-eliyev-mescidin-tikinti-isleri-ile-tanis-olub-foto
Oxunma sayı: 642

“Qafqazinfo”nun məlumatına görə, dövlət başçısı inşaat işlərinin gedişi ilə tanış olmaq üçün kompleksin tikildiyi əraziyə gəldi.

Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov məscid kompleksinin layihəsinin baş planı əsasında Prezidentə məlumat verdi. Bildirildi ki, layihə üzrə yeni məscidin ümumi sahəsi 4 min kvadratmetr təşkil edəcək. Ucaldılacaq 4 minarənin hər birinin hündürlüyü 72, baş günbəzin hündürlüyü 55, ikinci günbəzin hündürlüyü isə 35 metr olacaq. Məscidin fasadı Şirvan-Abşeron memarlıq üslubunda xüsusi daşlarla üzlənəcək. Kompleksin daxilində isə tamamlama-bəzək işlərində mərmərdən və taxtadan istifadə olunacaq. Məscid kompleksinin həyətində 80 avtomobil üçün dayanacağın yaradılacağı da nəzərdə tutulur.

Dövlət başçısı inşaat sahəsini gəzdi, tikintinin gedişi ilə maraqlandı, müvafiq tapşırıqlarını verdi.