İlham Əliyev Misirin yeni prezidentinə məktub yazdı

ilham-eliyev-misirin-yeni-prezidentine-mektub-yazdi
Oxunma sayı: 658


“Qafqazinfo”nun xəbərinə görə, məktubda deyilir: 

“Hörmətli cənab Prezident,

Misir Ərəb Respublikasının Prezidenti vəzifəsinə seçilməyiniz münasibətilə Sizi səmimi qəlbdən təbrik edir, dost Misir xalqının rifahı naminə qarşıdakı fəaliyyətinizdə uğurlar arzulayıram.

Azərbaycan Respublikası ilə Misir Ərəb Respublikasını, xalqlarımızı dərin tarixi kökləri olan ənənəvi dostluq və əməkdaşlıq münasibətləri birləşdirir. Ümidvaram ki, bu münasibətlər ölkələrimizin maraqlarına uyğun olaraq bundan sonra daha da möhkəmlənəcək və genişlənəcəkdir.

Sizə möhkəm cansağlığı, Misir Ərəb Respublikasına isə daim firavanlıq və tərəqqi diləyirəm”.