İlham Əliyev monteneqrolu həmkarını təbrik etdi

ilham-eliyev-monteneqrolu-hemkarini-tebrik-etdi
Oxunma sayı: 1286

Prezident İlham Əliyev monteneqrolu həmkarı Milo Cukanoviçi ölkəsinin milli bayramı münasibəti ilə təbrik edib.

“Qafqazinfo” xəbər verir ki, məktubda aşağıdakılar qeyd edilib:

“Hörmətli cənab Prezident, ölkənizin milli bayramı münasibətilə Sizə və bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi yetirirəm. İnanıram ki, Azərbaycan ilə Monteneqro arasındakı dostluq əlaqələri, qarşılıqlı maraq doğuran əməkdaşlığımız xalqlarımızın mənafelərinə uyğun olaraq bundan sonra da inkişaf edəcək və genişlənəcək. Belə bir xoş gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Monteneqro xalqına daim sülh və firavanlıq arzulayıram”.