İlham Əliyev mozambikli həmkarını təbrik edib

ilham-eliyev-mozambikli-hemkarini-tebrik-edib
Oxunma sayı: 1009

Prezident İlham Əliyev Mozambik prezidenti Filipe Jasinto Nyusini təbrik edib.

“Qafqazinfo” xəbər verir ki, təbrik məktubunda aşağıdakılar qeyd edilib6

“Hörmətli cənab Prezident,

Ölkənizin milli bayramı – Müstəqillik Günü münasibətilə Sizi və xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.

Ümidvaram ki, Azərbaycan-Mozambik əlaqələri xalqlarımızın mənafelərinə uyğun olaraq inkişaf edəcək və genişlənəcəkdir.

Bu əlamətdar gündə Sizə ən xoş arzularımı yetirir, xalqınıza sülh və tərəqqi diləyirəm”.