İlham Əliyev nazir müavininə yeni vəzifə verdi

ilham-eliyev-nazir-muavinine-yeni-vezife-verdi
Oxunma sayı: 7815


Dövlət başçısı İlham Əliyev İqtisadiyyat və Sənaye Nazirliyinin fəaliyyətinin təmin edilməsi ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərman və sərəncamlarında dəyişikliklər edilməsi barədə fərman imzalayıb. 

“Qafqazinfo” xəbər verir ki, fərmanla sənaye və iqtisadiyyat nazirinin yeni müavini Sahil Babayev bir neçə Komissiyanın tərkibində öz həmkarlarını əvəzləyib.

Belə ki, S.Babayev Azərbaycan Respublikası Hökuməti və Çexiya Respublikası Hökuməti arasında iqtisadi, elmi-texniki və mədəni əməkdaşlıq üzrə Qarışıq Komissiyanın və Azərbaycan Respublikası Hökuməti və İraq Respublikası Hökuməti arasında ticarət, iqtisadi, elmi, texniki və mədəni əməkdaşlıq üzrə Birgə Komissiyanın tərkibində iqtisadiyyat və sənaye nazirinin müavini Niyazi Səfərovu, Azərbaycan Respublikası Hökuməti və Estoniya Respublikası Hökuməti arasında ticarət-iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın tərkibində isə iqtisadiyyat və sənaye nazirinin müavini Sevinc Həsənovanı əvəzləyib.

Qeyd edək ki, S.Babayev Azərbaycan Respublikası prezidentinin 13 mart 2014-cü il tarixli sərəncamı ilə iqtisadiyyat və sənaye nazirinin müavini vəzifəsinə təyin olunub.