İlham Əliyev orta məktəbdə

ilham-eliyev-orta-mektebde-
Oxunma sayı: 1182


“Qafqazinfo” xəbər verir ki, əvvəlcə prezident İlham Əliyev 19 nömrəli tam orta məktəbdə həyata keçirilən təmir və yenidənqurma işləri ilə tanış olub. Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov görülən işlərlə bağlı dövlət başçısına məlumat verib. Paytaxtın orta ümumtəhsil məktəblərinin əsaslı təmir və yenidənqurma işləri Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramında nəzərdə tutulmuş tədbirlər planına uyğun olaraq həyata keçirilir. Təmir işləri ilə yanaşı, ehtiyacı olan mövcud məktəblər üçün əlavə sinif otaqlarının, yeni tədris korpuslarının, idman və akt zallarının, yeməkxana binalarının inşası və lazımi avadanlıqla təchiz edilməsi də həyata keçirilir. Yeni dərs ilinin başlanması ərəfəsində dövlətimizin başçısı əsaslı şəkildə yenidən qurulmuş məktəblərə gedir, yaradılan şəraitlə maraqlanır. Daha sonra prezident 240 nömrəli tam orta məktəbdə yaradılmış şəraitlə tanış olub.