İlham Əliyev Pavlopulosu təbrik etdi

ilham-eliyev-pavlopulosu-tebrik-etdi
Oxunma sayı: 965

Prezident İlham Əliyev Yunanıstan prezidenti Prokopis Pavlopulosa təbrik məktubu göndərib.

“Qafqazinfo” xəbər verir ki, məktubda aşağıdakılar qeyd edilib:

“Yunanıstan Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə Sizə və bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi yetirməkdən məmnunluq duyuram.

Belə bir xoş gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Yunanıstan xalqına daim əmin-amanlıq və firavanlıq diləyirəm”.