İlham Əliyev Roma Papasına məktub ünvanlayıb

ilham-eliyev-roma-papasina-mektub-unvanlayib
Oxunma sayı: 680

Prezident İlham Əliyev Roma Papası Fransiskə təbrik məktubu ünvanlayıb. 

"Qafqazinfo" xəbər verir ki, təbrikdə deyilir:

"Tacqoyma gününüzün ildönümü münasibətilə sizə və sizin simanızda bütün həmməzhəblərinizə öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi yetirirəm.

Azərbaycan ilə Müqəddəs Taxt-Tac arasındakı münasibətlər, eyni zamanda, dinlər və mədəniyyətlər arasında dialoq və tolerantlıq mühitinin təşviqi üçün bariz nümunədir. İnanıram ki, əməkdaşlıq zəminində addımlarımız bundan sonra da dünyada sülhün və əmin-amanlığın, qarşılıqlı anlaşma və həmrəyliyin bərqərar olmasına xidmət edəcəkdir.

Belə bir xoş gündə sizə möhkəm cansağlığı, ali missiyanızda uğurlar diləyirəm"