İlham Əliyev Saatlıda

ilham-eliyev-saatlida
Oxunma sayı: 708

Azərbaycan Prezidenti İlham Əliyev martın 28-də Saatlı rayonuna səfərə gedib.

“Qafqazinfo”nun məlumatına görə, Saatlı Rayon İcra Hakimiyyətinin başçısı Siraqəddin Cabbarov İlham Əliyevə abidənin yerləşdiyi ərazidə görülən abadlıq işləri barədə məlumat verib.

Dövlət başçısı yeni inşa edilən 110/35/10 kilovoltluq “Sarıcalar” yarımstansiyasının açılışında iştirak edib.

İlham Əliyev yolun Saatlı-Sarıcalar-Qara Nuru-Şirinbəyli-Fətəlikənd-Azadkənd avtomobil yolunun da açılışına qatılıb.