İlham Əliyev şahmat oynadı - Fotolar

ilham-eliyev-sahmat-oynadi-fotolar
Oxunma sayı: 696

Beynəlxalq Şahmat Federasiyasının (FİDE) Bakıda olan prezidenti Kirsan İlyumjinov bu gün Prezident İlham Əliyevlə görüşüb. Gün.Az xəbər verir ki, bu barədə FİDE prezidenti Twitter səhifəsində yazıb.

“Bu gün Bakıda, Expo-Center-də “Azərbaycan İdman Sərgisi”nin açılışında iştirak etdim. Azərbaycan Şahmat Federasiyasının stendində ölkə Prezidenti İlham Əliyev və onun həyat yoldaşı Mehriban Əliyeva ilə görüşdüm.

Bakıda şahmat sarayının layihəsini İlham Əliyevə göstərdim. Onu şəhərin mərkəzində, Xəzərin sahilində tikməyi planlaşdırırıq. Prezident sarayın inşası üçün 6 hektar sahənin ayrılmasına göstəriş verib. Burada uşaq şahmat akademiyası, şahmat muzeyini açacağıq” - deyə Gün.Az onun sözlərini sitat gətirir.

Görüş zamanı Kirsan İlyumjinov və İlham Əliyev şahmat partiyası oynayıblar.

“Bir partiya blits oynadıq, ispan partiyasının Bakı variantı. Lakin prezidentə həyat yoldaşı köməklik göstərdiyinə görə, mən güclə heç-heçə etdim. Partiya zamanı Mehriban Əliyeva nəzakətlə söyləyirdi ki, saatın düyməsinə vaxtında basmaq lazımdır. O, hər bir işdə birinci olan xanımdır!” - deyə FİDE prezidenti partiyanı belə təsvir edir.