İlham Əliyev səfərə gedir

ilham-eliyev-sefere-gedir
Oxunma sayı: 646

SalamNews-un xəbərinə görə, bu barədə jurnalistlərə Ukraynanın Azərbaycandakı səfiri Aleksandr Mişenko bildirib.

Onun sözlərinə görə, bu ilin sonuna planlaşdırılan səfər çərçivəsində keçiiriləcək görüşlərdə iki ölkə arasında əməkdaşlığın dərinləşdirilməsi, regional əməkdaşlıq və digər məsələlər müzakirə olunacaq. Danışıqların yekunu olaraq iki ölkə arasında bir sıra sənədlər imzalanacaq.

Bundan əlavə, həmin dövrdə Azərbaycan-Ukrayna Prezidentləri Şurasının dördüncü iclası, həmçinin Hökumətlərarası birgə İqtisadi Komissiyanın iclası keçiriləcək.

Xatırladaq ki, Azərbaycan-Ukrayna Prezidentləri Şurasının sonuncu iclası 2011-ci ilin aprelində olub.