İlham Əliyev səfiri geri çağırdı - Yeni təyinat

ilham-eliyev-sefiri-geri-cagirdi
Oxunma sayı: 828

Prezident İlham Əliyev Elçin Oktyabr oğlu Əmirbəyovun Azərbaycan Respublikasının Fransa Respublikasında, eyni zamanda Müqəddəs Taxt-Tacda (Vatikan Dövlətində) və Monako Knyazlığında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılması ilə bağlı sərəncam imzalayıb. 

“Qafqazinfo” xəbər verir ki, digər sərəncamla Rəhman Sahib oğlu Mustafayev də Yunanıstan Respublikasında və eyni zamanda Albaniya Respublikasında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılıb.

İmzalanan daha bir sənədlə  Rəhman Mustafayev Azərbaycanın Fransadakı fövqəladə və səlahiyyətli səfiri təyin edilib.