İlham Əliyev şəhidi “Vətən uğrunda” medalı ilə təltif etdi

ilham-eliyev-sehidi-veten-ugrunda-medali-ile-teltif-etdi
Oxunma sayı: 2904

Prezident İlham Əliyev Müdafiə Nazirliyinin hərbi qulluqçularının təltif edilməsi haqqında sərəncam imzalayıb.

“Qafqazinfo” xəbər verir ki, siyahıda ötən ay şəhid olan Adil Tatarovun da adı var. O, “Vətən uğrunda” medalı ilə təltif edilib.

Qeyd edək ki, A. Tatarov mayın 21-də Azərbaycan-Ermənistan dövlət sərhədinin Naxçıvan Muxtar Respublikası sahəsində düşmən tərəfinin növbəti təxribatının qarşısını alarkən, döyüş tapşırığını yerinə yetirən zaman şəhid olub. Müdafiə naziri Zakir Həsənov ölümündən sonra şəhidi “Şücaətə görə” medalı ilə təltif etmişdi.

Günel Türksoy