İlham Əliyev: siz diktatormusunuz?

İlham Əliyev: siz diktatormusunuz?
Oxunma sayı: 214

Açıq cəmiyyətin göstəricilərindən ən birincisi fikir azadlığının olmasıdır. Fikir azadlığı isə odur ki, hər kəs öz düşüncələrini, dünya baxışını istədiyi kimi ifadə etmək şansına malikdir. İstədiyini danışır, istədiyini yazır. Tənqid etmək imkanına malik olmağın özü də bir başqa nemətdir. Bu nemət olduqca önəmli və əvəzsiz bir vasitədir. Təbii ki, obyektiv və səmimi şəxslərin əlində. Tənqidi doğru istiqamətə yönəltməklə çox böyük nəticələr əldə etmək mümkündür. Sağlam tənqid ən böyük yalanların, riyaların və zülmlərin ortadan qalxmasına gətirib çıxarır. Tarix bu faktlarla doludur...

Bu gün normal, yaxud da normal olmaq yolunu tutmuş, bu istiqamətdə yıxıla-dura irəliləyən cəmiyyətlərdə tənqid öz inkişafının pik dövrünü yaşayır. Qərbdə də, şərqdə də, elə vətənimiz Azərbaycanda da. Hər yerdə olduğu kimi bizdə də tənqidin xəstə və sağlam növləri tez-tez görünür. Amma sağlam tənqidin hər yerdə daha az göründüyü günümüzdə, Azərbaycanımız ona daha çox möhtacdır...

Ölkəmizdə adi televiziya verilişlərindən tutmuş, məmur özbaşınalığına, “JEK” müdirindən tutmuş, dövlət başçısına qədər hər kəsin tənqid olunduğuna bir çox hallarda rast gələ bilirik. Xüsusi ilə də qəzet səhifələrində. Mövcud iqtidara müxalif şəxslərin yazıb-cızdığı onlarla qəzet mövcuddur. Bu qəzetlərdə yazan şəxslərin hamısı da özlərini azadlıq aşiqi, xalqın səsi kimi görürlər. Ən azından elə görünməyə çalışırlar. Öz qələmlərini cəmiyyətimizdə baş verən haqsızlıqlara qarşı qılınc kimi istifadə etdiklərini düşünürlər. Sağa-sola atəş açırlar. Aşağıdan, yuxarı vururlar... Yerli qəzetlərimizin səhifələrində ən çox tənqid olunan şəxslərdən biri də məhz ölkə başçısı İlham Əliyevdir. Ən azından əksər müxalifət qəzetlərini oxuyarkən bunu asanlıqla görmək olur. İlham Əliyevin ən çox tənqid olunan cəhəti isə, guya onun avtokrat, diktator olmasıdır. Bu tərz yazıların sayı son Tunis və Misir hadisələrindən sonra daha da artıb. Sözügedən qəzetlərin səhifələrində hər gün mütləq iki-üç, bu qəbildən olan yazıları görmək mümkündür. Və o yazıları oxuyarkən, yazını yazan şəxslə sanki, ayrı-ayrı dövlətlərdə yaşayırsanmış kimi qəribə bir duyğuya qapılırsan... Azərbaycan Tunis və Misirdən fərqli bir reallıq olduğu halda, onun prezidenti Ben Ali və Mübarəklə bir tutulur! Mexaniki olaraq insanın ağlına belə bir fakt gəlir. Axı Tunis və Misirdə bu qədər müxalifət qəzetləri mövcud deyildi. Ben Alini, Mübarəki tənqid edən yazarlardan, jurnalistlərdən isə heç danışmağa dəyməz... Bəs o zaman bu qəzetlər, jurnalistlər, yazarlar necə olur rahatca, asanlıqla İlham Əliyevi tənqid edə bilirlər?! Balaca uşaq belə başa düşər ki, avtokrat, yaxud diktator tərəfindən idarə olunan bir dövlətdə bütün bunlar qeyri mümkün olardı! Qalır bir şey: Bu qədər aqressiv tənqidlərə olduqca dözümlü yanaşan bir dövlət başçısına avtokrat, diktator demək böhtandır, ən yaxşı halda isə qərəzdir! Bu tərz yanaşma kimlərin isə əlində siyasi iddialarını reallaşdırmaq üçün istifadə olunan, təcrübədən çıxmış texnologiyadan başqa bir şey deyildir. Demokratiyası gənc olan dövlətlərdə, bənzər qaralama kompaniyalarının aparıldığı çoxlarına tarixdən də bəllidir.

Türkiyə Cümhuriyyətinin ilk illərində Atatürkün dövlətçilik üçün həyata keçirdiyi bəzi sərt tədbirlərdən narazı olan, öz imtiyaz və istismar vasitələrini itirən qüvvələr, ona qarşı qeyri-rəsmi, radikal müxalifətçilik yolunu seçmişdilər. Bu yolda onlar bütün vasitələrdən ustalıqla istifadə edirdilər. Ancaq Mustafa Kamalın xalq arasında olan populyarlığı onlara böyük çətinliklər törədirdi... Atatürkün həyatından olduqca məşhur belə bir fraqment var: Belə ki, Atatürk xalq içərisinə çıxmağı, sıravi insanlarla ünsiyyətə girməyi və onların fikirlərini dinləməyi çox sevirdi. Bir gün vətəndaşlarla növbəti görüşlərindən birində, prezidentin həddindən artıq mülayim və səmimi davranışından cəsarətlənən bir gənc ona belə bir sual verir: “Sayın paşam, size diktatörsünüz diyorlar. Siz diktatörmüsünüz?”. Atatürk isə mülayim bir tərzdə suala, sualla cavab verir: “Yavrum, ben diktatör olsaydım sen hiç bu soruyu bana sora bilirmiydin?”.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi