İlham Əliyev stansiyanı işə saldı - - Fotolar

ilham-eliyev-stansiyani-ise-saldi-
Oxunma sayı: 3252


Bu gün Azərbaycan prezidenti İlham Əliyev Şirvana səfəri çərçivəsində “Cənub” Elektrik Stansiyasının açılışında iştirak edib. “Qafqazinfo”nun AzərTac-a istinadən verdiyi xəbərə görə, dövlət başçısı əvvəlcə Heydər Əliyevin xatirəsini ehtiramla yad edib.

Prezident İlham Əliyev elektrik stansiyasının həyətində xatirə şəkli çəkdirdi, avtobusla ərazini gəzib. 

“Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin prezidenti Etibar Pirverdiyev dövlət başçısına məlumat verib ki, son illərdə Azərbaycanda elektroenergetika sisteminin inkişafı ilə bağlı mühüm tədbirlər icra olunub. Bu sahədə həyata keçirilən tədbirlər nəticəsində ölkəmizdə energetikanın maddi-texniki bazası möhkəmləndirilib, xeyli sayda modul tipli elektrik stansiyaları istifadəyə verilib. Bununla da əhalinin elektrik enerjisi ilə təmin olunmasında ciddi nailiyyətlər qazanııb. Bu sahədə beynəlxalq standartlara uyğun qanunvericilik bazası formalaşdırılıb ki, bu da ölkədə enerji sisteminin müasir tələblər səviyyəsində inkişafına təkan verir.

Stansiyanın ümumi ərazisi 20 hektardır. Tikintisində 800 nəfərin çalışdığı elektrik stansiyası fəaliyyətə başladıqdan sonra burada 215 nəfər daimi işlə təmin ediləcək. Ərazidə olan köhnə yaşayış yerlərinin əvəzinə beşmərtəbəli 60 mənzilli bina, ikimərtəbəli mehmanxana, üçmərtəbəli qonaq evi, 14 fin evi və yeməkxana tikilib. Stansiyanın ərazisində yaşıllaşdırma işləri aparılıb, 30 min ağac, 60 mindən çox müxtəlif gül kolu əkilib. Ərazidə 61 min kvadratmetr sahədə beton yol salınıb. Hazırda əhalinin tələbatı nəzərə alınaraq ötürücü və paylayıcı şəbəkələrin genişləndirilməsi istiqamətində atılan addımlara, bu məsələdə ekoloji təhlükəsizliyin diqqət mərkəzində saxlanmasına xüsusi əhəmiyyət verilir. 

Prezident İlham Əliyev “Sahil” nasos stansiyasında olub. Dövlət başçısı “GİS” tipli qapalı 330/220/110 kilovoltluq yarımstansiyanın fəaliyyəti ilə də maraqlanıb. Dövlət başçısı “Cənub” Elektrik Stansiyasını işə salıb.

Sonra Prezident İlham Əliyev rayon ictimaiyyətinin nümayəndələri ilə görüşüb.