İlham Əliyev təbrik edib

ilham-eliyev-tebrik-edib
Oxunma sayı: 783


“Qafqazinfo” xəbər verir ki, təbrikdə deyilir: "Ölkənizin milli bayramı - Azadlıq günü münasibətilə Sizi və bütün xalqınızı Azərbaycan xalqı adından və şəxsən öz adımdan səmimi qəlbdən təbrik edirəm.

Ümidvaram ki, Azərbaycan-Kuba əlaqələri, dostluq və əməkdaşlıq münasibətlərimiz xalqlarımızın mənafelərinə uyğun olaraq daha da inkişaf edəcək və genişlənəcəkdir".

İlham Əliyev Raul Kastro Rusa ən xoş arzularını yetirib, dost Kuba xalqına daim sülh və tərəqqi diləyib.