İlham Əliyev Türkiyəyə səfər edəcək - Fotolar

ilham-eliyev-turkiyeye-sefer-edecek-fotolar
Oxunma sayı: 691

“Qafqazinfo”nun məlumatına görə, səfir çıxışında bildirib ki, Türkiyə və Azərbaycan var olduqca şəhidlərimiz anılacaq. Səfir deyib ki, iki ölkə arasındakı əlaqələrin sağlam təməli var.

Hulusi Kılıç jurnalistlərə açıqlamasında qeyd edib ki, Türkiyə ilə Azərbaycan arasında Yüksək Əməkdaşlıq Şurasının toplantısı ən geci noyabrın 15-də keçiriləcək. Səfirin sözlərinə görə, tədbir çərçivəsində Azərbaycan prezidenti İlham Əliyev Türkiyəyə səfər edəcək.

Səfir onu da vurğulayıb ki, Azərbaycanla Türkiyə arasında qaz sazişinin bu ayın sonunda imzalanması nəzərdə tutulur: “Sazişin imzalanmasına 15 gün qalsa da, texniki məsələlərinm müzakirəsi hələ də davam edir”.

Ukrayna ilə Türkiyə arasında viza rejiminin ləğz olunması ilə bağlı danışarkən isə səfir bildirib ki, vizanın ləğv olunması bu ilin son una nəzərdə tutulur.



Səidə Teyyubqızı