İlham Əliyev və xanımı Mingəçevirdə - Fotolar

ilham-eliyev-ve-xanimi-mingecevirde
Oxunma sayı: 7269

Azərbaycan prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva fevralın 27-də Mingəçevir şəhərinə səfər edib.

“Qafqazinfo” xəbər verir ki, dövlət başçısı və xanımı Heydər Əliyevin şəhərin mərkəzindəki abidəsi önünə gül dəstəsi qoyublar.

Şəhər icra hakimiyyətinin başçısı Niyazi Bayramov Mingəçevirdə görülən abadlıq-quruculuq işləri barədə onlara məlumat verib. 

***

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Mingəçevir Sənaye Parkında “Mingəçevir Tekstil” MMC-nin iplik istehsalı üzrə iki müəssisəsinin açılışında iştirak ediblər.

***

Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva  Mingəçevirdə "ASAN Həyat" kompleksinin açılışında iştirak ediblər.

Dövlət başçısı və xanımı kompleksin rəmzi açılışını bildirən lenti kəsiblər.