İlham Əliyev Vyetnam prezidentinin vəfatı ilə bağlı başsağlığı verib

İlham Əliyev Vyetnam prezidentinin vəfatı ilə bağlı başsağlığı verib
Oxunma sayı: 889

Prezident İlham Əliyev Vyetnam Kommunist Partiyasının baş katibi Nquyen Fu Çonqa başsağlığı məktubu yollayıb. 

"Qafqazinfo" xəbər verir ki, başsağlığında deyilir:

"Hörmətli cənab Baş katib, 

Vyetnam Sosialist Respublikasının Prezidenti, görkəmli dövlət xadimi Çan Day Kuanqın vəfatı xəbəri məni olduqca kədərləndirdi.

Çan Day Kuanq Azərbaycan-Vyetnam münasibətlərinin inkişafına, ölkələrimiz və xalqlarımız arasında dostluq və əməkdaşlığın daha da möhkəmlənməsinə mühüm töhfələr verib.

Bu ağır itki ilə əlaqədar Sizə, mərhumun ailəsinə və yaxınlarına, bütün Vyetnam xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verirəm".


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi