İlham Əliyev yeni ekologiya nazirini təyin etdi

ilham-eliyev-yeni-ekologiya-nazirini-teyin-etdi
Oxunma sayı: 13440

Prezident İlham Əliyev Ekologiya və təbii sərvətlər nazirinin təyin olunması haqqında sərəncam imzalayıb.

“Qafqazinfo”nun məlumatına görə, sərəncama əsasən Milli Məclisin deputatı Muxtar Babayev ekologiya və təbii sərvətlər naziri təyin olunub.  

Qeyd edək ki, M. Babayevə qədər Ekologiya və təbii sərvətlər naziri Hüseyn Bağırov idi.

Məlumat üçün bildirək ki, Muxtar Babayev 1967-ci ildə Bakı şəhərində anadan olub. M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin məzunudur.

2010-cu ildən isə ARDNŞ-in “Azərikimya” İstehsal Birliyinin Müşahidə Şurasının sədri vəzifəsində çalışıb.

2010 və 2015-ci illərdə keçirilmiş parlament seçkilərində deputat seçilib.