İlham Əliyev yunanıstanlı həmkarını təbrik etdi

ilham-eliyev-yunanistanli-hemkarini-tebrik-etdi
Oxunma sayı: 659

Azərbaycanın Prezidenti İlham Əliyev Yunanıstanın ölkə başçısı Prokopis Pavlopulosu Müstəqillik Günü münasibətilə təbrik edib.

“Qafqazinfo” xəbər verir ki,  təbrikdə deyilir: “Ölkənizin milli bayramı – Müstəqillik Günü münasibətilə Sizi və bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından səmimi qəlbdən təbrik edirəm.

Bu əlamətdar gündə sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Yunanıstan xalqına daim əmin-amanlıq və rifah arzulayıram”.