İlham Əliyev zirvə görüşündə - Fotolar

ilham-eliyev-zirve-gorusunde
Oxunma sayı: 2860

Oktyabrın 20-də İstanbulda inkişaf etməkdə olan səkkiz ölkənin İqtisadi Əməkdaşlıq Təşkilatının (D-8) “Əməkdaşlıq yolu ilə imkanları artırmaq” devizi altında IX Zirvə görüşü işə başlayıb.

“Qafqazinfo” xəbər verir ki, Azərbaycan prezidenti İlham Əliyev Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə xüsusi qonaq qismində Zirvə görüşündə iştirak edir.

Əvvəlcə birgə foto çəkdirildi.

Zirvə görüşü müqəddəs “Qurani-Kərim”dən ayələrin oxunması ilə başlayıb.