İlham Əliyevdən daha bir- - Sərəncam

ilham-eliyevden-daha-bir-
Oxunma sayı: 2968


“Qafqazinfo” nun məlumatına görə, sərəncamda qeyd olunur ki, Şahdəniz" qaz-kondensat yatağının istismarının ikinci mərhələsi, Cənubi Qafqaz boru kəmərinin genişləndirilməsi, Trans-Anadolu boru kəməri və Trans-Adriatik boru kəməri layihələrində Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin iştirak payı və digər maliyyə öhdəliklərinin dövlət vəsaiti hesabına maliyyələşdirilməsi barədə Azərbaycan Prezidentinin 2013-cü il 29 oktyabr tarixli 15 nömrəli sərəncamı ilə yaradılmış Dövlət Komissiyasının təklifini nəzərə alaraq qərara alır ki, Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti nizamnamə kapitalı 100 milyon ABŞ dolları təşkil edən və səhmlərinin 51 faizi dövlət mülkiyyətində, 49 faizi isə ARDNŞ-ə məxsus olan qapalı səhmdar cəmiyyətini təsis etməklə həmin layihələrin səmərəli idarə olunmasını və layihələrdəki iştirak paylarının Cəmiyyətə keçməsini təmin etsin.

Azərbaycan Respublikasının Dövlət Neft Fondu Cəmiyyətin birbaşa dövlət mülkiyyətində olan səhmlərinin maliyyələşdirilməsini və Cəmiyyətə layihələr üzrə bu sərəncama əsasən keçən iştirak paylarının maliyyələşdirilməsi üçün tələb olunan vəsaitin, geri qaytarılmaq şərti ilə Cəmiyyətə uzunmüddətli investisiya edilməsini təmin etməlidir.

Dövlət Komissiyası təyin etdiyi nümayəndələr vasitəsi ilə Cəmiyyətin Müşahidə Şurasında təmsil olunur.

Cəmiyyətin birbaşa dövlət mülkiyyətində olan səhmlərinin sahibliyi və idarə edilməsi İqtisadiyyat və Sənaye Nazirliyi tərəfindən həyata keçirilir və həmin səhmlər üzrə dividendlər Azərbaycan Respublikasının Dövlət Neft Fonduna köçürülür.

Bu sərəncama əsasən Cəmiyyətə investisiya edilən vəsait tam geri qaytarılanadək Cəmiyyətin bütün layihələrdən əldə etdiyi gəlir Azərbaycan Respublikasının Dövlət Neft Fonduna köçürülür.