İlham Əliyevdən Donald Trampa məktub

ilham-eliyevden-donald-trampa-mektub
Oxunma sayı: 1870

Prezident İlham Əliyev Amerika Birləşmiş Ştatlarının Prezidenti  Donald Trampa başsağlığı verib. 

"Qafqazinfo" xəbər verir ki, başsağlığı məktubunda deyilir:

"Hörmətli cənab Prezident,

Florida ştatının Parklend şəhərində məktəbdə törədilmiş silahlı hücum nəticəsində insan tələfatı və yaralananlar barədə xəbərdən olduqca kədərləndim.

Bu dəhşətli hadisə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, bütün Amerika xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananlara şəfa diləyirəm".