İlham Əliyevdən Gülə başsağlığı məktubu – “Əziz qardaşım...”

ilham-eliyevden-gule-bassagligi-mektubu-eziz-qardasim
Oxunma sayı: 648

“Qafqazinfo”nun məlumatına görə, məktubda deyilir:

“Hörmətli cənab prezident, Əziz qardaşım.
Hatay vilayətinin Reyhanlı şəhərində törədılmiş amansız terror aktları nəticəsində çoxlu sayda insanların həlak olması və yaralanması xəbəri bizi olduqca kədərləndirdi.

Biz bu dəhşətli hadisədən son dərəcə hiddətlənir, terrorizmin bütün təzahürlərini qətiyyətlə pisləyir, terrorizmə qarşı ən kəskin şəkildə mübarizəni labüd hesab edirik.

Baş vermiş bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, qardaş Türkiyə xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananların və xəsarət alanların tezliklə sağalmasını arzulayıram.
Allah rəhmət eləsin!”

Qeyd edək ki, prezident İlham Əliyev Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğana da başsağlığı məktubu göndərib.