İlham Əliyevdən Koreya liderinə məktub

İlham Əliyevdən Koreya liderinə məktub
Oxunma sayı: 1178

Prezident İlham Əliyev Koreya Respublikasının Prezidenti Mun Ce-ini təbrik edib.

“Qafqazinfo”nun məlumatına görə, məktubda qeyd olunur: 

“Hörmətli Prezident, Koreya Respublikasının milli bayramı- Dövlətin Yaranması Günü münasibətilə Sizə və xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi yetirirəm.

Azərbaycan Respublikası ilə Koreya Respublikası arasındakı münasibətlər dinamik və hərtərəfli inkişaf yolundadır. İnanıram ki, dostluq əlaqələrimiz, qarşılıqlı surətdə faydalı əməkdaşlığımız xalqlarımızın mənafelərinə uyğun olaraq bundan sonra da inkişaf edəcək və genişlənəcəkdir.
 
Belə bir əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost xalqınıza sülh və firavanlıq arzulayıram”.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi