İlham Əliyevdən krala - Təbrik

ilham-eliyevden-krala
Oxunma sayı: 813

Azərbaycan prezidenti İlham Əliyev İordaniya kralı II Abdullah ibn Al Hüseyni ölkəsinin milli bayramı münasibəti ilə təbrik edib.
 

"Qafqazinfo" APA-ya istinadən xəbər verir ki, dövlət başçısının məktubunda deyilir:
 
“Əlahəzrət, əziz qardaşım, İordaniya Haşimilər Krallığının milli bayramı – Müstəqillik Günü münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza şəxsən öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi yetirirəm. Bu xoş gündə Sizə möhkəm cansağlığı və xoşbəxtlik, qardaş İordaniya xalqına daim əmin-amanlıq və tərəqqi arzulayıram”.