İlham Əliyevdən təbrik

ilham-eliyevden-tebrik
Oxunma sayı: 1171

Prezident İlham Əliyev Malta Prezidenti Corc Vellaya milli bayramı – Müstəqillik Günü münasibətilə təbrik məktubu göndərib.

"Qafqazinfo" xəbər verir ki, dövlət başçısı ölkələrimiz arasındakı dostluq və əməkdaşlıq münasibətlərinin inkişafının bundan sonra da xalqlarımızın mənafelərinə xidmət edəcəyinə inandığını bildirib.

Azərbaycan Prezidenti maltalı həmkarına möhkəm cansağlığı, işlərində uğurlar, dost Malta xalqına daim əmin-amanlıq və firavanlıq arzulayıb.