İlham Əliyevə müraciət etdilər

ilham-eliyeve-muraciet-etdiler
Oxunma sayı: 640

Son günlər “Ölkədən getmək, ölkəyə gəlmək və pasportlar haqqında” qanunun tətbiqi sərtləşdirilib və indiyədək müəyyən güzəştlərdən istifadə etmiş Gürcüstan azərbaycanlıları problemlərlə üzləşib. İndi onların Azərbaycan ərazisində əvvəlki kimi üç ay yox, yalnız bir ay müvəqqəti qeydiyyatda qalmasına icazə verilir.

“Borçalı” Cəmiyyətinin sədri Zəlimxan Məmmədlinin “Media forum” saytına bildirdiyinə görə, dekabrın 4-də İlham Əliyevə ünvanlanan ikinci müraciətdə “Ölkədən getmək, ölkəyə gəlmək və pasportlar haqqında” qanunun Gürcüstan azərbaycanlılarına münasibətdə tətbiqini 2 aylığa dayandırmaq, bu müddətdə izahat işi aparmaq, imkan daxilində güzəştlər paketinə baxmaq xahiş olunub.

Zəlimxan Məmmədli deyib ki, Borçalı türklərinin başqa yerə gedib iş axtarması imkanları məhduddur: “Onların əmək bazarına girişi üçün güzəştli şərtlər lazımdır. Bu bizim milli maraqlara, həm də Azərbaycan iqtidarının rəğbət qazanma dairəsinin genişlənməsinə cavab verən bir təklifdir”.