İlham Əliyevə namizədlik vərəqi verildi

İlham Əliyevə namizədlik vərəqi verildi
Oxunma sayı: 2126

Martın 5-də Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov prezidentliyə namizədlik vəsiqəsini İlham Əliyevə təqdim edib.

“Qafqazinfo” xəbər verir ki, MSK sədri Məzahir Pənahov 2018-ci il aprelin 11-də Azərbaycanda keçiriləcək prezident seçkiləri ilə bağlı qeydə alınmış ilk namizəd kimi İlham Əliyevə təbriklərini çatdırıb və namizədlik vəsiqəsini ona təqdim edib.

Dövlət başçısı qarşıdan gələn prezident seçkilərinin şəffaf, ədalətli, Azərbaycan qanunlarına tam uyğun şəkildə keçiriləcəyinə və bu seçkilərin Azərbaycan xalqının iradəsini əks etdirəcəyinə əminliyini ifadə edib.



Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi