İlham Əliyevin Facebook səhifəsinin bu dəfəki - - Seçimi

ilham-eliyevin-facebook-sehifesinin-bu-defeki-
Oxunma sayı: 4050


Prezident İlham Əliyevin facebook səhifəsində müxtəlif sahələr üzrə məsul şəxslərin iştirakı ilə vətəndaşları maraqlandıran suallara cavab kampaniyası davam edir. “Qafqazinfo”nun məlumatına görə, bu gün prezidentin Facebook səhifəsində sözügedən kampaniya ilə bağlı daha bir məlumat yerləşdirilib. Məlumatda bildirilir ki, bu dəfə səhifənin qonağı Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsinin rəhbərliyidir:

"Xahiş edirik ki, verdiyiniz suallar Dövlət Komitəsinin vəzifələrinə aid olsun. Bir daha xatırladırıq ki, mövzuya aid olmayan, təkrarlanan və kənar məsələlərə bağlı suallar silinəcəkdir. İstifadəçiləri daha məsuliyyətli olmağa çağırırıq və mövzuya aidiyyəti olan sualları ünvanlanmağı xahiş edirik. Suallar iyul ayı ərzində qəbul olunacaq və tədricən şərhlər vasitəsilə cavablandırılacaqdır. Eyni zamanda Komitənin diqqətini çəkən maraqlı sualların cavabı Dini qurumlarla iş üzrə dövlət komitəsinin sədri Elşad İsgəndərov tərəfindən verilən video-müsahibədə yer alacaq”.

Qeyd edək ki, Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsi 2001-ci ildə yaradılıb. Dini etiqad azadlığının həyata keçirilməsi üçün müvafiq şəraitin yaradılması, dini etiqad azadlığı ilə bağlı qanunvericilik aktlarına riayət olunmasına nəzarətin təmin edilməsi, dini qurumların Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada dövlət qeydiyyatının aparılması, İcra hakimiyyəti orqanlarının dini işlərlə bağlı fəaliyyətinin əlaqələndirilməsi və bu fəaliyyətə nəzarətin həyata keçirilməsi işləri komitənin səlahiyyətlərinə daxildir. 

Bu linkə daxil olub suallarınızı verə bilərsiniz