İlham Əliyevin namizədliyi qeydə alındı - Yenilənib

ilham-eliyevin-namizedliyi-qeyde-alindi
Oxunma sayı: 3756

Bu gün Mərkəzi Seçki Komissiyasının (MSK) iclası keçirilib. 

"Qafqazinfo" xəbər verir ki, iclasda Azərbaycanda aprelin 11-nə təyin edilən prezident seçkilərində Yeni Azərbaycan Partiyası tərəfindən irəli sürülmüş İlham Əliyevin namizədliyinin qeydə alınması məsələsinə baxılıb. 

Bildirilib ki, İlham Əliyevin namizədliyinin qeydə alınması üçün kifayət qədər imza toplanılıb və səsə qoyularaq təsdiqlənib.

Təqdim olunan 45 min imzanın 42 mini yoxlanılıb. 

***

MSK sədri Məzahir Pənahov bildirib ki, bütün maraqlanan tərəflər istənilən sənədlə tanış olmaq hüququna malikdir: “Bu format axıra kimi davam edəcək. Onlar nə vaxt istəsələr prosesdə iştirak edəcəklər”.

O qeyd edib ki, toplanan imzalarda hamının pasport sənədləri yoxlanılıb: “Heç birində zərrə qədər nöqsan olmayıb. Ancaq partiya nümayəndələri deyirdilər ki, 45 min imzanın hamısı yoxlanılsın. Prosedur cəhətdən isə 40 min imza düzgün hesab olunduğundan əlavə imzaların yoxlanılmasına ehtiyac yoxdur”. 

MSK üzvü Mikayıl Rəhimov isə nəzərə çatdırıb ki, bu il Yeni Azərbaycan Partiyası əvvəlki seçki proseslərindən fərqli olaraq imzatoplama mərasimində yeniliyə imza atıb: “ Belə ki, bu dəfə imzatoplama prosesində 800 nəfər iştirak edib”.

Günel Türksoy