İlham Əliyevin Ukraynaya səfəri gözlənilir

ilham-eliyevin-ukraynaya-seferi-gozlenilir
Oxunma sayı: 1057

“Azərbaycan prezidentinin yaxın vaxtlarda Ukraynaya səfəri olacaq. Tarix dəqiqləşdirilir”.

“Qafqazinfo” APA-ya istinadən xəbər verir ki, bunu Bakıda səfərdə olan Ukraynanın xarici işlər naziri Pavlo Klimkin deyib.

Nazir bildirib ki, bu, dövlət səfəri olduğuna görə səfər zamanı müzakirə ediləcək məsələlər hazırda dəqiqləşdirilir:

“Bu, tam məzmunlu səfər olacaq. Geniş spektrda müzakirə olunası məsələlər var. Səfər zamanı çoxlu saylı sənədin imzalanması gözlənilir”, - deyə P. Klimkin qeyd edib.