İlham Əliyevin ünvanına təbriklər gəlməkdə davam edir

İlham Əliyevin ünvanına təbriklər gəlməkdə davam edir
Oxunma sayı: 644

Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Xəlifə bin Zayed Al Nəhyan Azərbaycan prezidenti İlham Əliyvi təbrik edib.

“Qafqazinfo”nun məlumatına görə, təbrikdə deyilir:

“Hörmətli cənab Prezident.

Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Zati-alinizə və dost xalqınıza ən səmimi təbriklərimi çatdırıram. Cənab Prezident, Birləşmiş Ərəb Əmirlikləri xalqının Azərbaycan xalqının sevincinə şərik olduğunu dost xalqınıza çatdırmağı xahiş edirəm.

Zati-alinizə möhkəm cansağlığı, xoşbəxtlik, davamlı uğurlar, dost xalqınıza isə xeyir-bərəkət və əmin-amanlıq arzu edirəm.

Xahiş edirəm, səmimi salamlarımı, ən yüksək ehtiramımı qəbul edin”.

***

Birləşmiş Ərəb Əmirliklərinin vitse-prezidenti, Baş nazir və Dubayın hökmdarı Məhəmməd bin Raşid Al Məktumdan:

“Hörmətli cənab Prezident.

Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizə və dost xalqınıza ən səmimi təbriklərimi çatdırmaqdan şərəf duyuram.

Zati-aliləri, Sizə möhkəm cansağlığı, xoşbəxtlik, dost xalqınıza isə müdrik rəhbərliyiniz ilə davamlı tərəqqi və rifah arzulayıram.

Xahiş edirəm, səmimi salamlarımı, ən yüksək ehtiramımı qəbul edin”.

***

Abu-Dabinin vəliəhdi, Silahlı Qüvvələrin Ali Baş Komandanının müavini Məhəmməd bin Zayed Al Nəhyandan:

“Hörmətli cənab Prezident.

Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizi və dost xalqınızı səmimi qəlbdən təbrik edirəm.

Zati-aliləri, Sizə möhkəm cansağlığı, xoşbəxtlik, dost xalqınıza isə müdrik rəhbərliyiniz ilə davamlı inkişaf və rifah arzulayıram.

Cənab Prezident, səmimi salamlarımı, ən yüksək hörmət və ehtiramımı qəbul etməyinizi xahiş edirəm”.

***

Bosniya və Herseqovina Rəyasət Heyətinin sədri Bakir İzetbeqoviçdən:

“Hörmətli cənab prezident. Yenidən Azərbaycan Respublikasının prezidenti seçilməyiniz münasibətilə ən səmimi təbriklərimi qəbul edin.

Əminəm ki, Sizin zəngin təcrübəniz və peşəkarlığınız ölkənizin vətəndaşlarının rifahı naminə daha böyük tərəqqiyə nail olmağa imkan verəcək. Bosniya və Herseqovina Azərbaycanın səmimi dostudur və Siz qarşılıqlı əməkdaşlığın dərinləşməsinə və birgə layihələrin gerçəkləşməsinə töhfə verəcəyimizə əmin ola bilərsiniz.

Cənab prezident, sevindirici haldır ki, Siz yeni prezidentlik dövründə tezliklə Bosniya və Herseqovinaya səfər edəcəksiniz. Bu, heç şübhəsiz ki, xalqlarımız arasında əməkdaşlığın və ənənəvi dostluğun daha da möhkəmlənməsinə töhfə olacaqdır.

Bir daha Sizə dərin ehtiramımı ifadə edirəm”.

 


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi