“İlham Əliyevlə görüşməyə hazıram” - Paşinyan

ilham-eliyevle-gorusmeye-haziram
Oxunma sayı: 3930

Ermənistanın baş naziri Nikol Paşinyan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Azərbaycan prezidenti İlham Əliyevlə danışıqlara hazır olduğunu bildirib.

“Qafqazinfo” erməni KİV-nə istinadən xəbər verir ki, Paşinyan ATƏT-in Minsk qrupu çərçivəsində danışıqlar aparmaq istədiyini, buna qədər isə effektivliyin artırılması üçün hər şeyi etmək lazım olduğunu vurğulayıb.